Birxeber.az / Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Ramana qəsrində tədbir keçirilib

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Ramana qəsrində tədbir keçirilib

18-04-2024, 12:50

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Ramana qəsrində tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova tarixi-mədəni abidələrimizin bərpa-konservasiyasının Böyük Qayıdışın tərkib hissəsi olduğunu deyib.

Nazir müavini 30 illik işğal dövründə Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-mədəni abidələrimizə qarşı aparılmış vandalizm münasibətinə diqqət çəkib.

Səadət Yusifova Ramana qalasının tarixi əhəmiyyətini də qeyd edərək bildirib ki, Azərbaycan xalqı hər zaman özünün mədəni-tarixi irsinə sahib çıxıb.

Bədii hissənin nümayişindən sonra Ramana qəsrinə ziyarət baş tutub.

Ziyarət zamanı qəsrin tarixi əhəmiyyəti, tikinti tarixi və digər nüanslar ziyarətçilərin diqqətinə çatdırılıb.

Geri qayıt