Birxeber.az / Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb

Azərbaycanda bağçaların sayının artırılmasına dair yeni mexanizmlər hazırlanıb

18-04-2024, 12:40

Bağçaların sayının artırılması üçün özəl sektorla əməkdaşlığa dair mexanizmlər hazırlanıb.

"Birxeber.Az" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib.

Onun sözlərinə görə, məktəbəqədər təhsildə əhatəliliyin artırılması üçün özəl sektorla əməkdaşlıq ediləcək:

"Artıq bununla bağlı mexanizmlər hazırlanıb və növbəti həftələrdə ictimaiyyətə geniş məlumat veriləcək".

Geri qayıt