Birxeber.az / Dövlət Xidməti: Ermənilərin Xudavəng monastırında törətdikləri vandalizmlə bağlı lazımi addımlar atılacaq

Dövlət Xidməti: Ermənilərin Xudavəng monastırında törətdikləri vandalizmlə bağlı lazımi addımlar atılacaq

18-04-2024, 11:50

Ermənilərin Xudavəng monastırında törətdikləri vandalizminin izləri ilə bağlı lazımi addımlar atılacaq.

Bunu jurnalistlərə açıqlaması zamanı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva APA-nın müvafiq sualına cavabında deyib.

"Təbii ki, Qarabağ və Şərqi Zəngəzurdakı bütün abidələr bizim mədəni-tarixi irsimizin bir hissəsidir.Həmin abidələrin qorunması, mühafizəsi, digər lazımi prosedurlar hamısı həyata keçiriləcək", - Xidmət rəisi qeyd edib.

Geri qayıt