Birxeber.az / Dövlət Departamenti: Xarici agentlərlə bağlı qanun layihəsi Gürcüstanın Aİ-yə gedən yoluna mənfi təsir göstərəcək

Dövlət Departamenti: Xarici agentlərlə bağlı qanun layihəsi Gürcüstanın Aİ-yə gedən yoluna mənfi təsir göstərəcək

Dünən, 07:50

Amerika administrasiyası hesab edir ki, Gürcüstanda "xarici agentlər haqqında" qanun layihəsinin qəbulu respublikanın Avropa İttifaqına (Aİ) daxil olmaq cəhdlərinə mənfi təsir göstərəcək.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel bildirib.

“Biz bu qanunun qüvvəyə minəcəyi təqdirdə, Gürcüstan vətəndaşlarının həyat şəraitinin yaxşılaşdırılması üçün çalışan vətəndaş cəmiyyəti təşkilatlarını, habelə Gürcüstan vətəndaşlarını məlumatlandırmaq üçün Gürcüstanda fəaliyyət göstərən KİV-ləri ləkələyə biləcəyindən dərin narahatıq”, - Amerikanın rəsmi nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Vaşinqton Tbilisini “bu qanun layihəsinin Avropa İttifaqının norma və dəyərlərinə uyğun gəlmədiyi və şübhəsiz ki, Gürcüstanın Aİ-yə doğru hərəkətinə mənfi təsir edəcəyi barədə xəbərdarlıqlara” qulaq asmağa çağırır.

Geri qayıt