Birxeber.az / Naxçıvan-Şahbuz magistralında qəza olub, xəsarət alan var - FOTO

Naxçıvan-Şahbuz magistralında qəza olub, xəsarət alan var - FOTO

17-04-2024, 21:50

Naxçıvan-Şahbuz magistralında yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb.

Birxeber.Az-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Şahbuz rayonu Sələsüz kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Cəhri kənd sakini, 1998-ci il təvəllüdlü Əliyev Daşqın Muxtar oğlu xəsarət alıb.

O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt