Birxeber.az / ABŞ rəsmiləri husilərin hərbi gəmiyə hücumunu təkzib edib - YENİLƏNİB

ABŞ rəsmiləri husilərin hərbi gəmiyə hücumunu təkzib edib - YENİLƏNİB

29-01-2024, 14:50

ABŞ rəsmiləri husilərin ABŞ hərbi gəmisinə hücumunu təkzib edib.

Birxeber.Az xəbər verir ki, Pentaqon rəsmisi “Associated Press” xəbər agentliyinə açıqlamasında belə bir hücumla bağlı məlumat olmadığını bildirib.

Rəsmi əlavə detal verməyib və adının açıqlanmasını istəməyib.

Qeyd edək ki, husilər Ədən körfəzində üzən ABŞ hərbi gəmisinə ötən gün raket zərbəsi endirilməsi barəsində məlumat yayıb.

***

10:57

Yəmən husiləri Ədən körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Lewis B. Puller" gəmisinə raket hücumu həyata keçirib.

Birxeber.Az TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın sözçüsü açıqlama verib.

Hücumun detalları açıqlanmır. ABŞ tərəfi məsələyə ilə bağlı hələlik açıqlama verməyib.

Geri qayıt