Britaniyada İkinci Dünya müharibəsindən qalan bomba partlayıb - VİDEO
11-02-2023, 08:00
Böyük Britaniyanın şərqindəki Böyük Yarmut liman şəhərində, İkinci Dünya müharibəsindən bəri sahildə qalan 250 kiloqram ağırlığında aviasiya bombası partlayıb.
Bu barədə “Report” Norfolk polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Hərbi sursat partlayıcı hissənin zərərsizləşdirilməsinə hazırlıq zamanı işə düşüb. Polisin məlumatına görə, partlayış nəticəsində heç kim xəsarət almayıb.
Partlayışın dalğası bir neçə avtomobilin şüşəsini sındırıb, körpünün məhəccərinin bir hissəsini, eləcə də seldən mühafizə bəndini zədələyib.
Hadisə şahidlərinin sözlərinə görə, partlayışın səsi episentrdən 24 kilometr aralıda eşidilib. Bomba bir neçə gün əvvəl körpünün tikintisi zamanı aşkar edilib.
The unexploded bomb in #GreatYarmouth detonated earlier during work to disarm it. Our drone captured the moment. We can confirm that no one was injured. Public safety has been at the heart of our decision making all the way through this operation, which we know has been lengthy. pic.twitter.com/9SaeYmHkrb