Birxeber.az / Azərbaycanda tipi təsdiq edilmiş ölçmə vasitələrinin sayı 5 dəfə artıb

Azərbaycanda tipi təsdiq edilmiş ölçmə vasitələrinin sayı 5 dəfə artıb

17-04-2024, 15:40

Bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 201 ölçmə vasitəsinin tipini təsdiq edib.

“Birxeber.Az” xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə çoxdur.

“Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi ölçmələrin obyektiv, etibarlı və müqayisə edilə bilən nəticələrinin əldə edilməsinə xidmət edir”, - deyə. M.Abbasbəyli qeyd edib.

#Ölçməvasitələri-nin tipinin təsdiq edilməsi ölçmələrin obyektiv, etibarlı və müqayisə edilə bilən nəticələrinin əldə edilməsinə xidmət edir.

2024-cü ilin yanvar-fevral aylarında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (@antiinhisar) tərəfindən 201 ölçmə… pic.twitter.com/mHzYyWjhFA

— Mammad A. Abbasbeyli (@MammadAbbasbey1) April 17, 2024
Geri qayıt