Birxeber.az / Azərbaycanla Tatarıstanın iqtisadi tərəfdaşlığının inkişaf istiqamətləri müzakirə edilib

Azərbaycanla Tatarıstanın iqtisadi tərəfdaşlığının inkişaf istiqamətləri müzakirə edilib

17-04-2024, 15:40

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın Tatarıstan bölgəsinin Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə Azərbaycanla Tatarıstanın iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə edilb.

"Birxeber.Az" xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, tərəflər arasında sənaye parkları çərçivəsində birgə fəaliyyətin dəstəklənməsi, sərmayələrin təşviqi üçün mövcud potensialdan istifadənin genişləndirilməsi və ticarət əlaqələrinin gücləndirilməsi müzakirə obyekti olub.

Tatarıstanın Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenko ilə #Azərbaycan#Tatarıstan #iqtisadi tərəfdaşlığının inkişaf istiqamətlərini müzakirə etdik:

#Sənaye parkları çərçivəsində birgə fəaliyyətin dəstəklənməsi;

– Sərmayələrin təşviqi üçün mövcud… pic.twitter.com/YaFVVOzQhV

— Mikayil Jabbarov (@MikayilJabbarov) April 17, 2024
Geri qayıt