Birxeber.az / Kreml Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlanıldığını təsdiqləyib

Kreml Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlanıldığını təsdiqləyib

17-04-2024, 14:40

Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ regionundan çıxarılmasına başlanıldığını təsdiq edib.

“Report”un məlumatına görə, o, bunu Rusiya KİV-lərinin sualını cavablandırarkən deyib.

“Bəli, bu, belədir”, - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Rusiya sülhməramlıları Azərbaycan, Ermənistan və Rusiya liderləri - İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat əsasında Qarabağda yerləşdiriliblər. Sənədə əsasən, onlar 2025-ci ilə qədər bölgədə qala bilərlər.

Kontingentə atıcı silahlarla təchiz edilmiş 1960 hərbi qulluqçu, 90 zirehli nəqliyyat vasitəsi, 380 ədəd avtomobil və xüsusi texnika daxil idi.

Geri qayıt