Birxeber.az / Azərbaycanda nəqliyyat gəlirləri 15 % artıb

Azərbaycanda nəqliyyat gəlirləri 15 % artıb

17-04-2024, 11:40

Bu ilin I rübündə Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 % artaraq 3 milyard 154,5 milyon manat təşkil edib.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Bununla da, sektorun ümumi daxili məhsulda (ÜDM) payı 5,5 %-dən 6,8 %-ə yüksəlib", - deyə o qeyd edib.

2024-cü ilin I rübü ərzində Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9% artaraq 3.154,5 milyon manat olub. Bununla da sektorun ÜDM-də payı 5,5%-dən 6,8%-ə yüksəlib. pic.twitter.com/gW1WmhwVGn

— Rashad Nabiyev (@RashadNNabiyev) April 17, 2024
Geri qayıt