Birxeber.az / Azərbaycan minifutbol çempionatı: son çempion yarımfinalın ilk oyununda qələbə qazanıb

Azərbaycan minifutbol çempionatı: son çempion yarımfinalın ilk oyununda qələbə qazanıb

17-04-2024, 10:40

Minifutbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinə start verilib.

“Birxeber.Az”un məlumatına görə, raundun ilk oyunları Bakı Tennis Akademiyasında keçirilib.

“Zirə”ni mübarizədən kənarlaşdıran “Aznur” “Real Bakı” ilə ilk görüşündə bərabərə qalıb - 2:2. Son çempion “Birbaşa Bakı” isə “Odlar Yurdu”nun qapısından 2 cavabsız top keçirib.

Cavab qarşılaşmaları aprelin 20-də gerçəkləşəcək.

Geri qayıt