Birxeber.az / Kanada Ukraynaya çoxillik hərbi yardım planı hazırlayır

Kanada Ukraynaya çoxillik hərbi yardım planı hazırlayır

17-04-2024, 07:50

Kanada hökuməti Ukraynaya vəsaitin ayrılmasını ehtiva edən büdcə paketini təqdim edib.


APA xəbər verir ki, bu barədə “CP24” məlumat yayıb.

Hökumət 2030-cu ilədək hərbi xərcləri ÜDM-in 1,76 faizinə, o cümlədən növbəti beş ildə 8,1 milyard dollara çatdırmağı planlaşdırır.

Büdcədə Ukraynaya hərbi yardım üçün beş il ərzində 1,6 milyard dollar nəzərdə tutulub.

Geri qayıt