Birxeber.az / Cənubi Koreya Şimali Koreya ilə sərhəd yaxınlığında döyüş atışlı təlimlər keçirib

Cənubi Koreya Şimali Koreya ilə sərhəd yaxınlığında döyüş atışlı təlimlər keçirib

17-04-2024, 07:40

Koreya Respublikasının Silahlı Qüvvələri Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə sərhəd yaxınlığında canlı atəş təlimləri keçirib.

“Birxeber.Az” xəbər verir ki, “Yonhap” agentliyi məlumat yayıb.

Təlimlərdə ordu və dəniz piyadalarının nümayəndələri iştirak ediblər.

Ümumilikdə “K9” və “K 55A1” özüyeriyən artilleriya qurğuları da daxil olmaqla 430 nəfər və 30-a yaxın texnikanın cəlb olunduğu təlimlər Qanqvon əyalətinin Çeorvon qraflığındakı poliqonda baş tutub.

Cənubi Koreya tərəfi qeyd edib ki, manevrlər KXDR-dən gələn təhdidlərə cavab vermək üçün nəzərdə tutulub.

Aprelin 11-12-də Koreya Respublikası, ABŞ və Yaponiya KXDR-dən gələn nüvə raket təhlükəsi fonunda Cənubi Koreyanın Cedju adasının cənubunda yerləşən beynəlxalq sularda Amerika aviadaşıyıcısının iştirakı ilə üçtərəfli hərbi dəniz təlimləri keçirib.

Geri qayıt