Birxeber.az / Livandan qeyri-qanuni miqrantları daşıyan üç gəmi saxlanılıb

Livandan qeyri-qanuni miqrantları daşıyan üç gəmi saxlanılıb

17-04-2024, 03:40

Kipr Sahil Mühafizəsi adadan 80 km aralıda suriyalı qaçqınların üstünlük təşkil etdiyi və qeyri-qanuni miqrantların olduğu üç qayığı saxlayıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Janoubia” xəbər portalı məlumat yayıb.

Livanın Minya limanından qaçaqmalçıların köməyi ilə Kiprə üz tutan 300 nəfər arasında qadın və uşaqlar da var.

Kipr hökuməti məcburi köçkünlər qrupuna adaya daxil olmaqdan qəti şəkildə imtina edib. Portal qeyd edib ki, böyük ehtimalla qanunsuz miqrantlar Livan və ya Suriyaya qaytarılacaq.

Geri qayıt