Birxeber.az / Zurabişvili hakim partiyanın qanun layihəsini təxribat adlandırıb

Zurabişvili hakim partiyanın qanun layihəsini təxribat adlandırıb

16-04-2024, 23:50

Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu” partiyasının “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin qəbul edilməsində israr etməsini təxribat adlandırıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Prezident “X” platformasındakı paylaşımında qanunun xalqın iradəsinə zidd olduğunu qeyd edib.

“Tbilisidə Rusiya qanunu əleyhinə genimiqyaslı etirazların ikinci gecəsidir. Rəsmilərin əhalinin iradəsinə zidd olaraq və tərəfdaşlara rəğmən bu qanunu qəbul etməkdə israr etməsi birbaşa təxribat – Rusiyanın destabilizasiya strategiyasıdır”, - deyə Prezident qeyd edib.

Geri qayıt