Birxeber.az / Tbilisidə polis “xarici agentlər” haqqında qanuna etiraz edən 11 nəfəri saxlayıb

Tbilisidə polis “xarici agentlər” haqqında qanuna etiraz edən 11 nəfəri saxlayıb

16-04-2024, 23:40

Tbilisidə polis “xarici agentlər” haqqında qanuna etiraz edən 11 nəfəri saxlayıb.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.

Verilən məlumata görə, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif küt əşyalar, o cümlədən daş və butulkalar atıblar. Nəticədə Daxili İşlər Nazirliyinin 1 əməkdaşı xəsarət alıb, nazirliyin avtomobilinə ziyan dəyib.

Qeyd edək ki, bu gün paytaxt Tbilisidə Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qrupları hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanun layihəsinin parlamentin hüquq komitəsində müzakirə olunmasına etiraz olaraq izdihamlı aksiya keçirir.

Geri qayıt