Birxeber.az / Rusiya sülhməramlıları Xudavəng monastırının ərazisini tərk edib

Rusiya sülhməramlıları Xudavəng monastırının ərazisini tərk edib

16-04-2024, 22:50

Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb.

Birxeber.Az-nın verdiyi xəbərə görə, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.

Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.

Geri qayıt