Birxeber.az / Serbiya Prezidenti COP29-a dəvət edilib

Serbiya Prezidenti COP29-a dəvət edilib

16-04-2024, 21:50

Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib.

APA xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident Aleksandar Vuçiç dəvəti məmnuniyyətlə qəbul edib.

Geri qayıt