Birxeber.az / Atıcılıq Federasiyası Dünya Kubokunun rəsmi posterini təqdim edib

Atıcılıq Federasiyası Dünya Kubokunun rəsmi posterini təqdim edib

16-04-2024, 19:40

Azərbaycan Atıcılıq Federasiyası Bakıda keçiriləcək stend və güllə atıcılığı üzrə Dünya Kubokunun rəsmi posterini təqdim edib.

"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, mayın 1-dən 12-dək ölkəmiz 8-ci dəfə atıcılıq üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.

Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq yarışda 80-dən çox ölkədən 400-dən artıq idmançının və 300-dən çox texniki heyətin iştirakı gözlənilir. Biletləri yaxın günlərdə www.ticket.az saytından əldə etmək mümkün olacaq.

Geri qayıt