Birxeber.az / Səfir: Türkiyə 2024-cü ildə 60 milyon turist gözləyir

Səfir: Türkiyə 2024-cü ildə 60 milyon turist gözləyir

16-04-2024, 19:40

Türkiyə 2024-cü ildə 60 milyon turist gözləyir.

“Birxeber.Az” xəbər verir ki, bunu Türkiyənin Türkmənistandakı səfiri Əhməd Dəmirok bildirib.

“Ümumdünya Turizm Təşkilatının məlumatına görə, Türkiyə 2022-ci ildə 50 milyondan çox turist qəbul edərək dünyada 4-cü yerdə qərar tutub. 2023-cü ildə isə 56,7 milyon turistdən 54,3 milyard dollar gəlir əldə edib. Bu il yeni rekordlar planlaşdırılır: 60 milyon turist və 60 milyard dollar gəlir”, - səfir Aşqabadda Türkiyənin turizm sənayesinin potensialına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Geri qayıt