Birxeber.az / Avropa çempionatında iştirak edəcək Azərbaycanın cüdo millisi növbəti məşqinə çıxıb

Avropa çempionatında iştirak edəcək Azərbaycanın cüdo millisi növbəti məşqinə çıxıb

16-04-2024, 17:40

Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycanın cüdo millisi növbəti məşqinə çıxıb.

"Report"un məlumatına görə, hazırlıq prosesi Azərbaycan Cüdo Federasiyasının təlim-məşq mərkəzində gerçəkləşib.

Məşqdə yığmanın bütün üzvləri iştirak ediblər.

Qeyd edək ki, Avropa çempionatı aprelin 25-27-də baş tutacaq.

Geri qayıt