Birxeber.az / Patruşev: Anqlo-sakson dünyası Rusiyaya qarşı proksi müharibəni dayandırmayacaq

Patruşev: Anqlo-sakson dünyası Rusiyaya qarşı proksi müharibəni dayandırmayacaq

29-01-2024, 13:50

Qərb Ukraynadakı “isti faza”dan sonra belə Rusiya Federasiyasına qarşı proksi müharibəni dayandırmayacaq.

Birxeber.Az-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

"Düşmən dəfələrlə torpaqlarımıza atəş və qılıncla gəlib. İndi də ABŞ, NATO və onların satellitləri Kiyev nasist rejiminin və müxtəlif növ muzdluların köməyi ilə xalqımıza və dövlətimizə qarşı proksi müharibə aparırlar. Anqlo-sakson dünyası hətta Ukraynadakı münaqişənin “isti faza"sı bitsə belə, dayanmayacaq”, - deyə, Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb.

Geri qayıt