Birxeber.az / Türkiyədə ildırım vuran sərnişin təyyarəsi təcili eniş edib

Türkiyədə ildırım vuran sərnişin təyyarəsi təcili eniş edib

29-01-2024, 13:40

"Türk Hava Yolları"na məxsus sərnişin təyyarəsini ildırım vurub.

“Report” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

Bildirilib ki, hadisə nəticəsində təyyarə yeni qalxdığı İstanbul hava limanına təcili eniş edib.

Təyyarə İstanbul-Antalya reysi üzrə uçuş edəcəkmiş.

Hazırda hava gəmisi texnik və mühəndislər tərəfindən yoxlanılır.

Geri qayıt