Birxeber.az / 9 illik təhsil bazasında kolleclərə 34 mindən çox abituriyent imtahan verəcək

9 illik təhsil bazasında kolleclərə 34 mindən çox abituriyent imtahan verəcək

16-04-2024, 09:50

9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu başa çatıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, 34519 abituriyent ərizəsini təsdiq edib.

Azərbaycan bölməsi üzrə təsdiq edilmiş ərizələrin sayı 33484, rus bölməsi üzrə isə 1035 təşkil edib.

Geri qayıt