Birxeber.az / Goranboyda 50 yaşlı usta ehtiyatsızlıqdan yıxılaraq ölüb

Goranboyda 50 yaşlı usta ehtiyatsızlıqdan yıxılaraq ölüb

15-04-2024, 21:50

Goranboyda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Kənd ərazisində yerləşən avtomobil təmiri sexində işləyən usta, 1974-cü il təvəllüldü Tahir Məhərrəmov ehtiyatsızlıqdan sexdə olan xəndəyə yıxılıb.

50 yaşlı usta aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt