İtaliyanın Tehran Konsulluğu aprelin 14-dən növbəti xəbərdarlığa qədər bağlı olacaq.
Birxeber.Az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin "X" səhifəsində bildirilib.
Bildirlib ki, o vaxta qədər elektron poçt və təcili telefon nömrəsi ilə əlaqə saxlamaq mümkün olacaq.
İtaliya Xarici İşlər Nazirliyi konsulluğun bağlanmasının səbəblərini hələlik açıqlamayıb.