Birxeber.az / Seneqalda bir tondan çox kokain ələ keçirilib

Seneqalda bir tondan çox kokain ələ keçirilib

15-04-2024, 20:40

Seneqalın cənub-şərqində çəkisi 1 tondan çox olan kokain partiyası ələ keçirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Gömrük İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, yükün ölçüsü Seneqal tarixində quruda aşkar edilən ən böyüyüdür.

Səlahiyyətlilərin məlumatına görə, ümumi çəkisi 1 137 kq olan partiyanın dəyəri təqribən 137 milyon avrodur. 948 kisə kokain iki dibli yük maşınında gizlədilib. Gömrük İdarəsi yük maşınının qonşu ölkədən gəldiyini bildirsə də, konkret ölkə adı açıqlanmayıb.

Narkotiklər ən son texnologiyaların, o cümlədən skanerlərin tətbiqi ilə aşkar edilib.

Geri qayıt