Birxeber.az / Ukrayna müdafiəçiləri Krımda Rusiya komanda məntəqəsinə zərbələr endirib

Ukrayna müdafiəçiləri Krımda Rusiya komanda məntəqəsinə zərbələr endirib

15-04-2024, 18:40

Ukrayna Silahlı Qüvvələri Krımda Rusiyanın yüksək rütbəli zabitlərinin yerləşdiyi komanda məntəqəsinə zərbələr endirib.

“Report” xəbər verir ki, məlumatı “RBC-Ukraina”ya xüsusi xidmət orqanlarındakı mənbə bildirib.

Məlumata görə, aprelin 15-də Sevastopolda partlayış səsləri də eşidilib.

Hücumla bağlı digər təfərrüatlar açıqlanmır.

Geri qayıt