Birxeber.az / Kürdəmir, Ağsu, Zərdab və Göyçay rayonlarında 20 Yanvar şəhidləri anılıb

Kürdəmir, Ağsu, Zərdab və Göyçay rayonlarında 20 Yanvar şəhidləri anılıb

20-01-2024, 20:40

Kürdəmir, Ağsu, Zərdab və Göyçay rayonlarında 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar şəhidlərin xatirəsi anılıb.

Birxeber.Az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bununla bağlı keçirilən mərasimlərdə şəhid ailələri, Vətən müharibəsi qaziləri və iştirakçıları, ağsaqqallar, ziyalılar, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri iştirak ediblər.

Şəhidlərin məzarları üzərinə çiçəklər düzülüb, xatirələri ehtiramla yad edilib.

Saat 12:00-da hər bir rayonda 20 Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Geri qayıt