Birxeber.az / Azərbaycanlı basketbolçunun komandası Türkiyə Superliqasına vəsiqəni təmin edib

Azərbaycanlı basketbolçunun komandası Türkiyə Superliqasına vəsiqəni təmin edib

15-04-2024, 17:40

Azərbaycanlı basketbolçu Orxan Aydının formasını geyindiyi “Yalovaspor” Türkiyə Superliqasına vəsiqəni təmin edib.

“Report” xəbər verir ki, komanda I Liqanın XXXIII turunda “Finalspor” üzərində qələbə qazanaraq buna nail olub.

Rəqibini 74:65 hesabı ilə məğlub edən Yalova təmsilçisi mövsümdə 28-ci qalibiyyətini qazanıb və sona bir tur qalmış çempionluğu rəsmiləşdirib.

Geri qayıt