Birxeber.az / Hesablama Palatası: Bəzi bitkilər üzrə sort nümunələrinin dövlət sınağına formal yanaşılıb

Hesablama Palatası: Bəzi bitkilər üzrə sort nümunələrinin dövlət sınağına formal yanaşılıb

15-04-2024, 16:40

Azərbaycanda bəzi bitkilər üzrə sort nümunələrinin dövlət sınağının aparılması işlərinə formal yanaşılıb.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi” rüblük məlumat bülletenində bildirilir.

Sənədə əsasən, 2020-2022-ci illərdə hər-hansı qarşılıqlı razılaşma olmadan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi tərəvəz bitkiləri üzrə 327 sort, bostan bitkiləri üzrə 31 sort nümunəsini dövlət sınağının həyata keçirilməsi üçün Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna göndərib və dövlət sınağının aparılması üçün mandatı olmayan həmin qurum 296 sortun dövlət sınağını qeyri-real müddətdə və təkrarlar olmadan aparıldığını rəsmiləşdiri ki, bu da dövlət sınağının aparılması işlərinə formal yanaşıldığını və etibarlı nəticələrin əldə edilmədiyini demək üçün müəyyən əsaslar yaradıb.

Geri qayıt