Birxeber.az / Azərbaycan millisinin sabiq futbolçusu Rusiya klubunda təcrübə keçir

Azərbaycan millisinin sabiq futbolçusu Rusiya klubunda təcrübə keçir

29-01-2024, 12:40

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov Rusiyanın “Dinamo” (Mahaçqala) klubunda təcrübə keçir.

Bu barədə “Birxeber.Az”a keçmiş müdafiəçinin qardaşı Sərxan İbrahimoğlu məlumat verib.

O bildirib ki, Ruslan Abışov “Dinamo”nun baş məşqçisi Kurban Berdıyevin yanında məşqçiliyin sirlərini öyrənir. I Liqa komandası hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadır. O, yaya qədər Berdıyevin yanında olacaq.

Qeyd edək ki, Ruslan Abışov 2013-cü ilin fevralından 2014-cü ilin yayına qədər Rusiyada “Rubin” klubunun formasını geyinib. Həmin vaxt Kazan təmsilçisinə məhz Kurban Berdıyev rəhbərlik edib.

Geri qayıt