Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqroservis" ASC 2023-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Abacus Audit And Consulting" MMC-dir.
Qalib şirkətə 31 860 manat ödəniləcək.