Birxeber.az / KİV: Üçüncü dünya müharibəsi artıq başlayıb

KİV: Üçüncü dünya müharibəsi artıq başlayıb

15-04-2024, 15:40


Üçüncü dünya müharibəsi artıq başlayıb.

“Birxeber.Az” xəbər verir ki, bu iddia ilə Böyük Britaniyanın “The Telegraph” nəşri çıxış edib.

Qeyd olunub ki, Rusiyanın Ukraynaya hücumu da bunun tərkib hissəsidir: “İstəsək də, istəməsək də, Rusiyanın Ukraynada genişmiqyaslı müharibəsi dünya müharibəsinin bir hissəsidir. Bu müharibə Rusiya və onun müttəfiqləri - Çin, İran və Şimali Koreya ilə kollektiv Qərb arasında gedir”.

Bildirilib ki, Qərb bu reallığı dərk etməlidir: “Belə olan halda Rusiya məğlub edilə bilər. Əks halda Ukrayna daha çətin vəziyyətə düşəcək. Rusiya müttəfiqlərini səfərbər edir, Qərb isə hələ də bu məsələni regional mübahisə kimi qiymətləndirir”.

Geri qayıt