Birxeber.az / Nazir müavini: İlk Trans-Xəzər enerji layihəsi kabel layihəsi ola bilər

Nazir müavini: İlk Trans-Xəzər enerji layihəsi kabel layihəsi ola bilər

15-04-2024, 13:50

Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı imkanları üzrə texniki-iqtisadi əsaslandırılmanın hazırlanmasına bu il ərzində başlanılacaq.

APA-Economics” xəbər verir ki, bu barədə jurnalistlərə energetika nazirinin müavini Elnur Soltanov bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində qeyd olunan işlərin həyata keçirilməsi üçün şirkətin cəlb olunması üzrə texniki şərt artıq hazırdır.

Nazir müavini onu da xatırlatdı ki, ötən ilin dekabrında Bakıda Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə edildiyi üçtərəfli görüşün nəticəsi olaraq Birgə Kommünike qəbul edilib.

Qeyd edək ki, sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov, investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev imzalayıblar.

“Mənə elə gəlir ki, bunun olma ehtimalı həddindən artıq çoxdur. Biz həmişə Trans-Xəzər layihələrindən danışırdıq. Bəlkə də, ilk Trans-Xəzər enerji layihəsi məs kabel layihəsi olacaq”, - Elnur Soltanov qeyd edib.

Geri qayıt