Birxeber.az / Ceyhun Bayramov: Azərbaycanın sülhlə bağlı səylərinə Ermənistanın qarşılıq göstərməsi vacibdir

Ceyhun Bayramov: Azərbaycanın sülhlə bağlı səylərinə Ermənistanın qarşılıq göstərməsi vacibdir

15-04-2024, 12:50

Azərbaycan bölgədə sülh və quruculuq istiqamətində səylərinə Ermənistan tərəfindən qarşılıq göstərilməsi vacibdir.

Birxeber.Az xəbər verir ki, bunu Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ilə Mərkəzi Asiya ölkələri arasında Strateji Dialoqun ikinci nazirlər iclasında çıxışında xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhlükəsi, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə ətraflı məlumat verib.

Ceyhun Bayramov, həmçinin Ermənistanın 30 ilə yaxın işğalı dövründə ölkəmizin mövqeyini dəstəkləyən, habelə postmünaqişə dövründə aparılan quruculuq işləri və minatəmizləmə fəaliyyətinə töhfə verən bütün tərəfdaşlara təşəkkür ifadə edib.

Geri qayıt