Birxeber.az / Azərbaycanda əhalinin gəlirləri 5% artıb

Azərbaycanda əhalinin gəlirləri 5% artıb

15-04-2024, 12:50

2024-cü ilin yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5% artaraq 19 milyard 408,1 milyon manat və ya hər nəfərə orta hesabla 1905,4 manat olub.

Bu barədə “Birxeber.Az-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, bu dövrdə əhalinin sərəncamında qalan gəlirləri 17087,0 milyon manat təşkil edib.

Geri qayıt