Birxeber.az / Azərbaycanın XİN başçısı Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasını COP29-a hazırlıq barədə məlumatlandırıb

Azərbaycanın XİN başçısı Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasını COP29-a hazırlıq barədə məlumatlandırıb

15-04-2024, 12:40

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasını Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq barədə məlumatlandırıb.

"Birxeber.Az" xəbər verir ki, bunu Azərbaycan XİN başçısı "X" hesabında yazıb.

"Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoq toplantısında iştirak və çıxış etməkdən məmnunam. Qlobal transformasiya problemlərinin həlli üçün regionumuzda əməkdaşlığın vacibliyini vurğuladım. COP29 və regionda münaqişədən sonrakı vəziyyət haqqında da məlumat verdim",- o bildirib.

C.Bayramov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə olduğu kimi "Qlobal Şimal" və "Qlobal Cənub" arasında əməkdaşlığın genişləndirilməsinin rəsmi Bakının əsas prioritetlərindən biri olduğunu bildirib. COP29-un öz növbəsində bərpa olunan enerji potensialı yüksək olan Mərkəzi Asiya ilə texnoloji imkanları geniş KƏŞ ölkələrinin əməkdaşlığının inkişafı üçün fürsət ola biləcəyi diqqətə çatdırıb.

Delighted to attend & address Ministerial Meeting of Gulf Cooperation Council-Central Asia Strategic Dialogue.

Emphasized importance of cooperation in our broader region to tackle w/global transformational challenges. Informed about @COP29_AZ & post-conflict situation in region. pic.twitter.com/3NoOAgiXPc

— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) April 15, 2024
Geri qayıt