Azərbaycan 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılmasını hədəf kimi müəyyənləşdirib.
"Birxeber.Az" xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında deyib.
O xatırladıb ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib.
Nazir bununla bağlı işlərin uğurlar davam etdiyini vurğulayıb.