Birxeber.az / Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı etirazları üzrə dinləmələr keçiriləcək

Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı etirazları üzrə dinləmələr keçiriləcək

15-04-2024, 10:40

Bu gün Bakı vaxtı ilə saat 12-də Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı etirazları üzrə dinləmələr keçiriləcək.

"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb.

O xatırladıb ki, məhkəmədə Ermənistanın Azərbaycana qarşı iddiasına baxılır.

"Beynəlxalq Ədalət Məhkəməsində İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitənin (CERD) Ermənistan Azərbaycana qarşı müraciəti ilə bağlı iş üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə ictimai dinləmələr baş tutacaq", - XİN rəsmisi bildirib.

A.Hacızadənin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edir.

Today, at 12 pm (Baku time) @CIJ_ICJ will hold public hearings on preliminary objections raised by #Azerbaijan in the case concerning Application of the CERD (Armenia v. Azerbaijan). The delegation of is led by Deputy FM @ElnurIMammadov.

Watch livehttps://t.co/3D17NvfVWl

— Aykhan Hajizada (@Aykhanh) April 15, 2024
Geri qayıt