Birxeber.az / BTC ilə Türkiyə ərazisindən ötən il 228 mln. bareldən çox neft nəql edilib

BTC ilə Türkiyə ərazisindən ötən il 228 mln. bareldən çox neft nəql edilib

29-01-2024, 11:50

Ötən il Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 228 811 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 1,5% çoxdur.

Bu barədə "Birxeber.Az-Economics" Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən xəbər verir.

Məlumata görə, 2022-ci ildə BTC vasitəsilə Türkiyə ərazisi ilə 225 445 min barel neft nəql edilib, bu da illik müqayisədə 12,64% çoxdur.

Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.

Geri qayıt