Birxeber.az / Türkiyədə avtobus avtomobilə çırpılıb, ölənlər var

Türkiyədə avtobus avtomobilə çırpılıb, ölənlər var

15-04-2024, 04:40

Türkiyənin Aydın şəhərinin Didim rayonunda avtobus əsas yola çıxan minik avtomobilinə çırpılaraq onu bir neçə metr sürüyüb.

“Report” DHA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsində minik avtomobilindəki dörd nəfər ölüb.

Yerli vaxtla aprelin 14-də saat 21:00 (Bakı vaxtı ilə 22:00) radələrində baş vermiş yol qəzasında minik avtomobilin sürücüsü yerində, digər üç nəfər isə xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt