Birxeber.az / Papua-Yeni Qvineyada 6,5 bal gücündə zəlzələ baş verib

Papua-Yeni Qvineyada 6,5 bal gücündə zəlzələ baş verib

15-04-2024, 03:50

Papua-Yeni Qvineya sahillərində 6,5 bal gücündə zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 18,8 min nəfər əhalisi olan Kimbe şəhərindən 101 kilometr şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Geri qayıt