Birxeber.az / “Roma”-"Udineze" matçında futbolçu ürək tutması keçirib, oyun yarımçıq dayandırılıb

“Roma”-"Udineze" matçında futbolçu ürək tutması keçirib, oyun yarımçıq dayandırılıb

14-04-2024, 23:50

İtaliya A Seriyasının 32-ci turunda keçirilən "Udineze" - "Roma" oyununda təhlükəli vəziyyət yaşanıb.

APA xəbər verir ki, matçın 72-ci dəqiqəsində "Roma"nın futbolçusu Evan N'Dika ürək tutması keçirib.

Halı pisləşən 24 yaşlı oyunçuya ilk tibbi müdaxilə edilib.

Bu səbəbdən oyunun baş hakimi matçı yarımçıq dayandırıb.

Hadisə baş verən dəqiqəyə qədər görüşdə hesab 1:1 olub

Geri qayıt