Birxeber.az / Azərbaycanlı futbolçunun komanda yoldaşı “Barselona” ilə anlaşıb

Azərbaycanlı futbolçunun komanda yoldaşı “Barselona” ilə anlaşıb

29-01-2024, 11:40

Azərbaycanlı futbolçu Musa Qurbanlının İsveç "Yurqorden”indəki komanda yoldaşı Lukas Berqvall İspaniya nəhəngi “Barselona” ilə anlaşıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə tanınmış italiyalı insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, klublar 17 yaşlı yarımmüdafiəçinin transferində razılığa gəliblər. Stokholm təmsilçisi bu keçiddən 7 milyon avro qazanacaq. Bonuslarla birlikdə məbləğ 10 milyon avroya qədər arta bilər. Klublar bu həftə keçidi rəsmən açıqlayacaqlar. Berqvall yeni komandasına mövsümün sonunda qoşulacaq.

Qeyd edək ki, Lukas Berqvall 2023-cü ilin fevralından formasını geyindiyi “Yurqorden”in heyətində 29 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Geri qayıt