Birxeber.az / İmişlidə iki yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb

İmişlidə iki yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb

14-04-2024, 16:40

İmişli şəhərində iki yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb.

"Birxeber.Az"un Muğan bürosunun məlumatına görə, məktəbin həyətində yerləşən birmərtəbəli binanın üstünə çıxarkən onları elektrik cərəyanı vurub.

Onlar 2010-cu il təvəllüdlü İsbərov Amid Seyran oğlu və 2010-cu il təvəllüdlü Məmmədov Farid Vahid oğludur.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Geri qayıt