Birxeber.az / İordaniya, İraq və Livan hava məkanını açıb

İordaniya, İraq və Livan hava məkanını açıb

14-04-2024, 13:50

Ötən gecə İranın İsrailə kamikadze pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə hücumu ilə əlaqədar İordaniya, İraq və Livan hava məkanını bağlayıb.

Birxeber.Az-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, artıq hər 3 ölkə hava məkanını açıb.

Bundan əvvəl İsrail hava məkanını açdığını elan edib.

Geri qayıt