Birxeber.az / Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq

Azərbaycanın basketbol millisi Honqkonqda Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq

14-04-2024, 09:40

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyununa çıxacaq.

"Birxeber.Az"un məlumatına görə, yığma yarımfinalda Macarıstan kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma saat 11:30-da başlanacaq.

Digər yarımfinal görüşündə Niderland və Polşa seçmələri görüşəcəklər.

Turnirin qalibi Paris-2024 Yay Olimpiya Oyunlarına yeganə vəsiqəyə sahib çıxacaq.

Geri qayıt