Birxeber.az / Dövlət Gömrük Komitəsi ötən il büdcəyə köçürmələrinin strukturunu açıqlayıb

Dövlət Gömrük Komitəsi ötən il büdcəyə köçürmələrinin strukturunu açıqlayıb

29-01-2024, 11:40

2023-cü ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 6 milyard 337,539 milyon manat təşkil edib.

“Birxeber.Az” DGK-ya istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 12,1 % çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 14,6 % artaraq 1 milyard 627,079 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 11 % artaraq 4 milyard 443,321 milyon manat, aksizlər üzrə daxilolmalar 32,8 % artaraq 224,313 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 31,3 % azalaraq 42,826 milyon manat olub.

Geri qayıt